• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bir ay əvvəl itkin düşən yeniyetmənin meyiti TAPILDI

HADİSƏ

07 Aprel 2021 | 13:33

Bir ay əvvəl itkin düşən yeniyetmənin meyiti TAPILDI

Mingəçevirdə Kür çayında meyit tapılıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, meyit 16 yaşlı Abbasov Ruslan Məhərrəm oğluna məxsusdur. 

Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R.Abbasovun atası Məhərrəm Abbasov həmin vaxt bildirmişdi ki, oğlu M.Ə.Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi götürməyib.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR