• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda çayda qadın meyiti TAPILDI

HADİSƏ

07 May 2021 | 11:50

Azərbaycanda çayda qadın meyiti TAPILDI

Göygöl rayonunda çayda qadın meyiti tapılıb.

Bakıvatxı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-nin “112” qaynar telefon xəttinə Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. 

Görülən tədbirlər nəticəsində 1982-ci il təvəllüdlü Həsənova Mehriban Əziz qızının meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR