• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əfqanıstanda terror - 11 nəfər öldü

HADİSƏ

06 Iyun 2021 | 11:13

Əfqanıstanda terror - 11 nəfər öldü

Əfqanıstanın qərbində yerləşən Bağdis vilayətində terror hücumu nəticəsində 11 mülki vətəndaş həlak olub.

Bakıvaxtı.azxəbər verir ki, bu barədə vilayətin valisi Hüsaməddin Şəms bildirib.

Terrorçular Qəndab rayonunda avtomobil yoluna partlayıcı qurğu yerləşdiriblər. Hadisə nəticəsində yaralananlar arasında uşaq və qadınlar da var. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Əfqanıstan hökuməti, xarici qüvvələrin geri çəkilməsindən sonra ölkədə şiddətin artdığını açıqlayıb. Ölkənin Milli Təhlükəsizlik Şurası may ayında Taliban tərəfindən 1455 dəfə hücum olduğunu bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026