• Bakı 26° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Daşkəsəndə kişi dərəyə düşüb ÖLDÜ

HADİSƏ

06 Iyul 2021 | 09:11

Daşkəsəndə kişi dərəyə düşüb ÖLDÜ

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Daşkəsən rayonu, Zəylik kəndi yaxınlığında 1 nəfərin dərəyə düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1985-ci il təvəllüdlü Ağayev Elnur Abdulla oğlu çətin keçilən qayalıq ərazidə ehtiyatsızlıqdan təqribən 200-220 m hündürlükdən dərəyə düşüb. Mürəkkəb relyef şəraitində həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Elnur Ağayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026