• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ağsuda toy təşkilatçısı cərimələnib

HADİSƏ

04 Avqust 2021 | 16:48

Ağsuda toy təşkilatçısı cərimələnib

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon sakini Şamil Bəşirova məxsus evin həyətyanı sahəsində keçirilən toy məclisində iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub.

Polis əməkdaşları toyu təşkil edən şəxslərlə profilaktik söhbət aparıb, pandemiya dövrünün tələblərini onların diqqətinə çatdırıb. Ev sahibi Ş.Bəşirov barəsində isə qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026