• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi

HADİSƏ

03 Sentyabr 2021 | 15:53

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi

Lənkəranda oğlunun boğazını kəsən ata özü də intihar edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Zövlə kəndində baş verib.

Belə ki, yaxınları hadisədən bu gün xəbər tutublar. Onlar ata və oğlunun meyitlərini kəndə yaxın ərazidə - Ulum çayından tapıblar.

İlkin məlumatlara görə, 1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədov 9 yaşlı oğlu Vahid Məmmədovun boğazını kəsib, daha sonra özü də arteriyal qan damarını kəsərək intihar edib və meyiti çaya düşüb.

Yaxınları bildirib ki, Ş.Məmmədov məhkumluq həyatı yaşayıb. Ailəsi ilə boşanıb. Oğlu da anası ilə yaşayıb. Bir müddət əvvəl oğlu V.Məmmədov atasının yanına qayıdıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. / report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026