• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qubada 10-cu sinif şagirdinin intiharının TƏFƏRRÜATI

HADİSƏ

05 Iyul 2021 | 15:13

Qubada 10-cu sinif şagirdinin intiharının TƏFƏRRÜATI

Qubada 10-cu sinif şagirdi intihar edib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Tüləkəran kəndində baş verib. 

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü R.Həmidov ötən gecə saat 22:00 radələrində kənd ərazisində spirtli içki qəbul edib. 

Atasının əsəbləşəcəyindən ehtiyat edən yeniyetmə spirtli içkinin təsiri altında qorxaraq Aşağı Tüləkan kəndi ərazisində yaşadığı evin həyətindəki tövlənin talvarında özünü iplə asaraq intihar edib.

Aidiyyəti üzrə meyitə baxış keçirilib və hər hansı digər xəsarət izi aşkarlanmayıb. 

Faktla bağlı Quba Rayon Prokurorluğunda prokurorluğunda araşdırma başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR