• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Oğuzda karantin qaydalarını pozan restoran sahibi cərimələnib

HADİSƏ

04 Avqust 2021 | 13:01

Oğuzda karantin qaydalarını pozan restoran sahibi cərimələnib

Oğuz Rayon Polis Şöbəsinin və digər aiddiyyatı qurumların əməkdaşları tərəfindən birgə keçirilən monitorinqlər zamanı rayonun Xaçmaz kəndi ərazisində yerləşən “Dream Park” restoranında təşkil edilən toy mərasimində pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlama zamanı bir masa arxasında müəyyən edilən say həddindən, yəni 6 nəfərdən artıq qonağın əyləşdiyi, eləcə də karantin rejiminin digər qaydalarına riayət edilmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı obyekti işlədən İqrar Məmmədov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.


Oğuzda karantin qaydalarını pozan restoran sahibi cərimələnib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR