• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Lənkəran sakinində 36 kq narkotik aşkarlanıb

HADİSƏ

03 Sentyabr 2021 | 11:10

Lənkəran sakinində 36 kq narkotik aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb. Ondan əlavə olaraq 4 kiloqramdan artıq narkotik vasitə də aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Tütəpeştə kənd sakini Namik Qurbanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 47 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq N.Qurbanovun yaşadığı evin həyətindəki yardımçı tikilidən 4 kiloqram 440 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Bundan əlavə həmin şəxsin yaşadığı həyətdə əkərək kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 31 kiloqramdan artıq olan 29 ədəd narkotik xassəli çətənə kolu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Lənkəran sakinində 36 kq narkotik aşkarlanıbLənkəran sakinində 36 kq narkotik aşkarlanıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026