• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Xızı sakininin üzərindən “patı” və heroin tapılıb

HADİSƏ

04 Avqust 2021 | 12:45

Xızı sakininin üzərindən “patı” və heroin tapılıb

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən metamfetamin və heroin adlanan narkotik tərkibli maddələri üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Mehrab Həmidli saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin üzərinə baxış keçirilən zaman metamfetamin və heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.


Xızı sakininin üzərindən “patı” və heroin tapılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR