• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Minaya düşərək həlak olan media nümayəndələrinə şəhid statusu veriləcək - RƏSMİ

HADİSƏ

04 Iyun 2021 | 15:01

Minaya düşərək həlak olan media nümayəndələrinə şəhid statusu veriləcək - RƏSMİ

Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə şəhid statusu veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat aktibi Fazil Talıbov bildirib.

F.Talıbov qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə qanunvericiliyə əsasən şəhid statusu verilir:

“Həmakrlarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AzTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək, həlak olması hamımızı sarsıtdı.

Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır. 

Hər üç şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik!”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026