• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Göyçayda DƏHŞƏT: Kişi arvadını güllələdikdən sonra intihar etdi

HADİSƏ

03 Iyul 2021 | 20:36

Göyçayda DƏHŞƏT: Kişi arvadını güllələdikdən sonra intihar etdi

Göyçay rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Bakıvaztı.az-ın xəbərinə görə, hadisə bu gün saat 19:30 radələrində rayonun Mallı – Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Cavadov Elnur Məsim oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cavadova Ülviyyə Əliyar qızını güllələyib.

İki uşaq anası olan Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Elnur Cavadov həmin silahla özünü vuraraq intihar edib.

Ər və arvadın ölümü iki oğul övladının gözü qarşısında olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026