Çində mədən çöküb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Bölgəsində qeydə alınıb. Yerli rəsmilər şaxtanın çökməsi nəticəsində azı 2 nəfərin öldüyünü, 50-dən çox işçinin isə itkin düşdüyünü açıqlayıb.
Çinin rəsmi xəbər agentliyi olan "Şinhua"ya danışan Alşaa fövqəladə hallar idarəsi rəsmisi bildirib ki, bu gün günortadan sonra açıq kömür mədənində baş verən fəlakətlə bağlı ilkin araşdırma nəticəsində mədəndə 50-dən çox adamın qaldığı qənaətinə gəlinib.
İlk təsbitlərə görə, mədəndən çıxarılan 3 nəfərdən 2-nin öldüyü bildirilib.
Digər KİV-lər isə 57 şaxtaçının itkin düşdüyünü bildirib.
Axtarış-xilasetmə qrupları qəzadan sonra dərhal əraziyə gedib.
Ay Tac















