• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Mehriban Əliyeva idmançıları TƏBRİK ETDİ

SİYASƏT

21 Avqust 2022 | 22:28 | Müəllif: Subhan Mahmudov

Mehriban Əliyeva idmançıları TƏBRİK ETDİ

Birinci vitse-prezident Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarındakı uğurumuzla bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində yer alan paylaşımda deyilir:

“Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm! Siz yarışlarda mükəmməl çıxış etdiniz, möhkəm iradə və məharət nümayiş etdirərək inamlı qələbə qazandınız! Gərgin əməyinizə, Azərbaycan azarkeşlərinə bəxş etdiyiniz sevincə görə çox sağ olun! Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026