• Bakı 14° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Meksikada jurnalist güllələndi

HADİSƏ

20 Avqust 2021 | 14:33

Meksikada jurnalist güllələndi

Jurnalist Xasinto Romero Meksikanın Verakruz əyalətinin dağlıq bölgəsində aldığı güllə yaralarından öldü.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, "Oriestereo" FM müxbiri və radio aparıcısı Xasinto Romero Cümə axşamı, səhər saatlarında İkstaçokitlan bələdiyyəsinə gedərkən öz maşınında güllələnib. Ən azı iki güllə yarası alan jurnalist ölüb.

Mətbuatda yayılan xəbərlərə görə, Romero Verakruzun cənubundakı Teşuakan bələdiyyəsində polisin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və bələdiyyə məmurlarının qohumlarının iştirakı ilə yaşanan münaqişələr barədə xəbər verdikdən sonra WhatsApp vasitəsi ilə təhdidlər almağa başlayıb.

Qeyd edək edək ki, bu, Meksikada ilin əvvəlindən bu günə kimi beşinci jurnalistin qətlidir. Bundan qabaq Sonora ştatında xəbər portalının sahibi öldürülmüşdür.

Tərcümə şöbəsi

Bakıvaxtı.az 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026