• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Məktəblərdə niqab qadağan edildi

DÜNYA

14 Sentyabr 2023 | 11:57

Məktəblərdə niqab qadağan edildi

Misir hökuməti orta və ali məktəblərdə qızların niqab taxmasını qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, yeni qaydalar sosial mediada geniş müzakirələrə səbəb olub.

Bir çox istifadəçi qadağanı təzyiq kimi qiymətləndirib, digərləri isə ona dəstək verib.

Misirin Təhsil Nazirliyi bildirib ki, “təhsil ocaqlarında niqablı qızların olması qəbuledilməzdir”. Tələbələrə məktəb və universitetlərə hicabla gəlməyə icazə veriləcək, lakin bu, nazirlik və yerli təhsil müdirliyi tərəfindən müəyyən edilən rəngdə olmalıdır.

Bundan başqa, valideynlər öz qızlarının hicab seçiminə müdaxilə etməməli, onların saçlarını örtməsi sərbəst olmalıdır. Yeni qaydalar cari tədris ilinin əvvəlindən - sentyabrın 30-dan 2024-cü ilin iyununa qədər qüvvədə olacaq. Qərar həm dövlət, həm də özəl məktəblərə şamil ediləcək.

Yeni geyim qaydalarını tənqid edənlər sosial mediada hökuməti qadınların hüquqlarına müdaxilə etməkdə ittiham ediblər. Niqabın qadağan edilməsinə dəstək verənlər isə bu addımı qadın azadlıqları sahəsində mühüm yenilik kimi qiymətləndiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026