• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Məktəblərin dərslik problemi həll olunub

CƏMİYYƏT

25 Noyabr 2022 | 16:20 | Müəllif: Qalib İbrahimoğlu

Məktəblərin dərslik problemi həll olunub

"Məktəblərə dərsliklərin çatdırılması ilə bağlı yaranmış problem həll olunub".

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda bütün dərsliklər məktəbə çatdırılıb və heç bir problem yoxdur.

“Məktəblərə dərsliklərin çatdırılması ilə bağlı yaranmış problem mətbəə ilə bağlı olub. Tenderi udan qurum işini vaxtında icra edə bilməmişdi. Bu da regionda baş verən hadisələrlə əlaqəli kağız çatışmazlığı və qiymət artımı ilə bağlı idi. Noyabrın əvvəlinə qədər problem həll oldu".

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026