• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur aktrisa biləklərini doğrayıb? - FOTO

MƏDƏNİYYƏT

16 Yanvar 2023 | 12:59 | Müəllif: Qalib İbrahimoğlu

Məşhur aktrisa biləklərini doğrayıb? - FOTO

Türkiyəli aparıcı Bircan Balının ötən axşam etdiyi paylaşım dilləri dolaşıb. Belə ki, o, ad çəkmədən məşhur aktrisanın intihara cəhd etdiyini açıqlayıb.

Bakıvaxtı.az "Haber Global"a istinadla xəbər verir ki, aparıcı intihara cəhd etdiyi deyilən aktyorla bağlı yeni açıqlama verib.

"Gənc qızın həyatına son qoymaq üçün nələr keçirdiyini araşdırıram" deyən Bircan Balının biləklərini kəsərək intihara cəhd etdiyi deyilən şəxsin Hafsanur Sancaktutan olduğunu iddia edib.

Aparıcının bu paylaşımından sonra aktrisadan açıqlama gəlib.

“Bir az əvvəl televiziyada yayımlanan maqazin proqramında məni və ailəmi çox kədərləndirən, çox çətin vəziyyətə salan xəbər var idi. Müalicə olunduğum xəstəxanadan lazımi hesabatları alaraq hüquqi prosesə başlayacağam üçün vəkilim bu mərhələdə ətraflı açıqlama verməməyimi xahiş etdi.

Bircə onu deyə bilərəm ki, mən 22 yaşında ailəsini, işini, həyatını çox sevən bir gəncəm! Belə xəbərlərə məruz qaldığım üçün çox təəssüflənirəm", - deyə Hafsanur Sancaktutan qeyd edib.

Aktrisa mətbuat və sosial medianın da bu məsələdə vicdanlı davranacağına inandığını deyib: "Həssaslıq göstərən hər kəsə təşəkkür edirəm”.

Ay Tac


Məşhur aktrisa biləklərini doğrayıb? - FOTOMəşhur aktrisa biləklərini doğrayıb? - FOTOMəşhur aktrisa biləklərini doğrayıb? - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026