"Taxt oyunları" serialının ulduzu Sofi Törner və müğənni həyat yoldaşı Co Conasın ikinci övladı dünyaya gəlib.
Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, cütlüyün qız övladı olub. Onlar məlumatı təsdiqləsələr də körpənin adını açıqlamayıblar.
Qeyd edək ki, Sofi və Co 2019-cu ildə evlənib. İkilinin ötən il Villa adlı bir qızı olub. Aktrisa onu mediadan gizli saxlamağa çalışır.
















