Amerikalı məhşur qolf oyunçusu Grayson Murray həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı onun ailəsi təsdiqləyib.
Məlumata görə, Murray açıqlanmayan bir xəstəlik səbəbiylə “Charles Schwab Challenge” qolf klubunu tərk edib. Peşəkar qolf karyerasına 16 yaşında başlayan Murray “Korn Ferry Tour”da yarışan ən gənc ikinci oyunçu olub.
2017-ci ildə “Barbasol”çempionatını qazandıqdan sonra,bu il Havayda keçirilən “Sony Open”də ikinci “PGA”tur titulunun sahibi olub.Bu qələbədən sonra o,”World Golf Rankings”də 46-cı yerə yüksəlməklə karyerasının ən yüksək zirvəsinə çatıb.
Qolfçunun bir müddət spirtli içki problemi yaşadığı və depressiyaya düşdüyü bildirilib.
Lalə Padarova
BDU tələbəsi
Bakıvaxtı.az
















