"Alparslan Büyük Selçuklu" serialıda yarpaq tökümü bağlayıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir kİ, daha 3 aktyor seriala vida deyir. Belə ki, Erdinc Gülener və Uyqar Özçelikdən sonra daha 3 aktyor serialdan gedir.
Serialın prodüser şirkəti olan “Aklı Film”in müdiri Emre Konuk iki aktyorla fotosunu paylaşaraq “Əvvəl Refik, sonra Tarık... Allaha sizin kimi dostlar versin deyə dua edə bilmirəm. Burada olmağınıza şadam..." deyə şərh etdi.
Kluarlarda gəzən söhbətə görə, serialda "Beşaşiri" obrazını canlandıran Devrim Saltoğlu və "İskəndər" rolunun ifaçısı Bora Cengiz serialdan ayrılacaq.
Komandaya ikinci dəfə qatılan Barış Bağcının filmdən getməsi isə ən tez baş verən ayrlıq ola bilər. Belə ki, "Tuğrul bəy" - Barış Bağcı seriala 46 və ya 47-ci bölümdə vida deyəcək
Nuranə Daxilqızı






jpg-1675925420.webp)








jpeg-1675768714.webp)


