Aparıcı Vüsalə Əlizadə Türkiyədə zəlzələdən xəsarət alanlara yardım göndərənlərlə bağlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, aparıcı ikinci əl geyim göndərənləri qınayıb. O, ziyafət geyiminin şəklini yayımlayaraq bunları yazıb:
"Məni qınamayın, amma hansı məssəbə qulluq edəsən ki, bu psixologiyada olasan. Köhnə, cırıq, yırtıq geyimlərini qoymağa yer tapmayanlar.... Evi təmizləyim, boşalsın fürsətdir, ad olsun ki, nəsə etdim - psixologiyasından çıxın. Bu, yardım deyil. Ondansa dilinizdən dualar göndərin".












jpg-1678361466.webp)




