Aparıcı Azər Zahid (İsmayılov) müğənni Günel Ələkbərovanı süni adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, onlar arasında mübahisə "Fəlidən doğru xəbər" verilişində yaşanıb. Günel aparıcının "Deyirlər ki, Günel, gəl, TikTok-da qalmaqal edək. Mənim də balam var, evimə çörək aparım" sualına "Olmayıb" cavabını verib.
Onun bu sözləri Azəri əsəbiləşdirib. O, Güneli yalan danışmaqda ittiham edib:
"Necə olmayıb? Ağzımı açdırma. Özün ol da... Orda da, burda da sünisən. Bir az özün ol, olanı de".
A.İsmayılov ona bu cür təkliflərin çox gəldiyini etiraf edib:
"Deyiblər, adını desəm eyib olar. Aktyor da, müğənni də var ki, deyib. Elə nüanslar var ki, deyə bilmirəm".
"Azər özü elə təkliflər edir, Necə oldu birdən tutuzdurdu" deyə, günel söyləyib.
















