• Bakı 14° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Messinin reytinqi düşdü

İDMAN

15 Mart 2022 | 09:13

Messinin reytinqi düşdü

PSJ-nin hücumçusu Lionel Messi “Qızıl top” mükafatına iddialı olan futbolçuların TOP-10 reytinqində yerini itirib.

Bakıvaxtı.az xəbər verir ki, goal.com-un versiyasına əsasən hazırlanan sihahıda argentinalı hücumçu 20-ci pilləyə düşüb. Buna onun komandasının ötən həftə Çempionlar Liqasının 1/8 finalında “Real”a uduzaraq mübarizəni dayandırması səbəb olub.

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo siyahıda 16-cıdır.

Reytinqdə ilk üç yeri isə müvafiq olaraq Robert Levandovski (“Bavariya”), Kərim Benzema (“Real”) və Məhəmməd Salah (“Liverpul”) tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026