Bu gün “Metbuat.az” xəbər portalının fəaliyyətə başlamasından 8 il keçir.
Bakıvaxtı.az xəbər verir ki, 2017-ci ildə özəl xəbər istehsalına başlayaraq, qısa müddətdə etibarlı və operativ xəbər saytı kimi geniş oxucu kütləsinin etimadını qazanmağı bacaran “Metbuat.az”, müasir dövrün tələb və standartlarına uyğun yüksək keyfiyyətli xəbərlər təqdim edir.
“Metbuat.az” portalı öz işində obyektivlik və etibarlılığa üstünlük verərək, məlumatların düzgünlüyünü təmin edir və oxucularına ən dəqiq xəbərləri təqdim etməyi özünə prioritet hesab edir. Bu yanaşma sayəsində portal, Azərbaycanın ən çox oxunan onlayn media resurslarından biri olaraq önə çıxır.
Bu illər ərzində media sahəsindəki yenilikləri izləyərək fəaliyyətini davamlı olaraq təkmilləşdirən “Metbuat.az”, həmçinin cəmiyyətin maraq göstərdiyi müxtəlif mövzularda ətraflı araşdırmalar aparmaqla tanınır. Gələcəkdə daha keyfiyyətli və innovativ məzmunla fəaliyyətini genişləndirmək istiqamətində müvafiq addımlar atmağı hədəfləyən komanda bu yolda daim müsbət irəliləyişlər əldə edəcəyinə inamla yanaşır.
Bu xüsusi gün münasibətilə “Metbuat.az” komandasına uzun və uğurlu fəaliyyət arzulayırıq. Hər bir uğurunuzu təbrik edir və gələcəkdəki hər bir addımınızda yeni zirvələrə çatmağınızı diləyirik!