• Bakı 10° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

“Metropark” məhkəməyə verilib – SƏBƏB

GÜNDƏM

22 Noyabr 2021 | 18:16

“Metropark” məhkəməyə verilib – SƏBƏB

Dövlət Yol Polisi (DYP) “Metropark ticarət və əyləncə mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verdi.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmə işinə Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

İddiaya səbəb MMC-nin dövlət yol polisinin sorğusuna cavab verməməsi olub.

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026