• Bakı 19° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8055

    RUB - 0.018

Meymunçiçəyi insanlardan heyvanlara keçə bilər?

CƏMİYYƏT

23 Iyun 2022 | 15:19

Meymunçiçəyi insanlardan heyvanlara keçə bilər?

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) İngiltərədə aşkar edilən və sürətlə yayılmağa davam edən meymunçiçəyi virusunun yaratdığı yeni təhlükəni aşkarlayıb. Mütəxəssislər meymunçiçəyi virusuna yoluxmuş xəstələrin 21 gün ərzində ev heyvanları ilə təmasda olmağını tövsiyə etmir.

Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniya hökuməti indiyə qədər heç bir heyvanda meymunçiçəyi virusunun aşkar edilmədiyini bildirib. Dağsiçanı və digər gəmirici heyvanların xəstəliyə həssas olduğunu bildirən Uorvik Universitetinin professoru Lourens Yanqın sözlərinə görə, narahatlıq ondan ibarətdir ki, virus heyvanlara ötürüldüyü zaman insanlar arasında yoluxma hallarının sayı arta bilər. Bu zaman heyvanlar virusun daşıyıcısı olacaq.

Mütəxəssislər ev heyvanlarını baytar nəzarəti altında saxlamağın vaciblyini bildirilər.

İnfeksionist Mərdan Əliyevin Bakıvaxtı.az-a dediyinə görə, heyvanlardan insanlara keçən xəstəlik onu göstərir ki, heyvanlar meymunçiçəyinə qarşı daha həssasdır: “Belə olan halda, insanla təmasda olan heyvan bu xəstəliyə yoluxa bilər. Qeyd etdiyiniz araşdırma da bunu təsdiq edir. Amma məsələ burasındadır ki, meymunçiçəyinə bütün heyvanlar deyil, gəmiricilər və meymunlar daha çox həssasdır. Burada bir məsələ də var ki, əgər ev heyvanları bu xəstəliyə yoluxarsa, daha problematik olur. Yəni, bu zaman yoluxub artma ehtimalı daha çox olur”.

İnfeksionist onu da vurğulayıb ki, Azərbaycanda qeyd edilən həssas heyvanlarla insanlar arasında təmas çox deyil: “Bu, daha çox tropik ölkələrdə qeydə alınır. Ev heyvanları baxımından da bizdə bir o qədər problem yoxdur. Çünki Azərbaycanda ev heyvanı saxlayan insanların sayı o qədər də çox deyil. Digər Avropa ölkələrində isə bu var, ona görə yoluxma ehtimalını artırır. Ancaq onu da deyim ki, heyvanlara yoluxması sürətlə artması mənasına da gəlmir”.

Aytac Aslan


SON XƏBƏRLƏR

17 Aprel 2024