• Bakı 11° C

    0.34 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Millimizin rəqibi heç-heçə etdi

İDMAN

08 Sentyabr 2023 | 10:59

Millimizin rəqibi heç-heçə etdi

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqibi Avstriya yığması yoldaşlıq görüşü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi Ralf Ranqnik yetirmələrini Moldova ilə görüşdə sınayıb.

Linzdə baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Moldovalılar 3-cü dəqiqədə Vitali Damaşkanın qolu sayəsində hesabı açıblar. Lakin 50-ci dəqiqədə Mixael Qreqoriç bərabərlik topunu vurub. Avstriya yığmasının heyətində yarımmüdafiəçi Deyan Lyubiçiç 35-ci dəqiqədə zədələnərək əvəzlənib.

“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi Moldovanın heyətində 90 dəqiqə mübarizə aparıb. “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram isə ehtiyatda qalıb.

Qeyd edək ki, Avstriya millisi AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 12-də İsveçin qonağı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR