• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

DÇ: Cüdoçularımız dördüncü gün necə çıxış etdilər?

İDMAN

07 Oktyabr 2023 | 21:31

DÇ: Cüdoçularımız dördüncü gün necə çıxış etdilər?

Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatının dördüncü günü Azərbaycan cüdoçuları üçün uğursuz alınıb.

Bakıvaxtı.az xəbər verir ki, tatamiyə çıxan bir kişi, iki qadın idmançı fəxri kürsüyə yüksələ bilməyib.

Halbuki Ramazan Əhmədov +100 kq çəki dərəcəsində buna yaxın olub. Lakin o, bürünc medal uğrunda görüşdə türkiyəli rəqibinə məğlub olub.

Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) isə turnirlə daha erkən vidalaşıblar. Onlar 1/16 final səddini keçsələr də, növbəti raundda uduzublar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) gümüş medal əldə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026