• Bakı 24° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Sacha Boey “Qalatasaray”dan GEDƏ BİLƏR

İDMAN

06 Noyabr 2023 | 10:21

Sacha Boey “Qalatasaray”dan GEDƏ BİLƏR

Həm Türkiyə super liqasında, həm də Çempionlar liqasında yoluna davam edən “Qalatasaray” klubundan yeni xəbər var.

Bakıvaxtı.az xəbər verir ki, yerli liqada 11-ci turu geridə qoyan “sarı-qırmızılar” transfer danışıqlarına başlayıb. Komandanın sağ cinah müdafiəçisi Sacha Boey göstərdiyi performansla Avropa klublarının diqqət mərkəzinə düşməyi bacarıb.

23 yaşlı fransız futbolçunun Avropa nəhənglərinin diqqətində olmasına rəğmən, “Qalatasaray” klubunun onu satmaq barədə düşünmədiyi iddia olunur. Hələ ki, klubdan rəsmi açıqlama yoxdur.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR