• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Qalatasaray” Xankəndidə oynayacaq? - AÇIQLAMA

İDMAN

06 Noyabr 2023 | 11:29 | Müəllif: Subhan Mahmudov

“Qalatasaray” Xankəndidə oynayacaq? - AÇIQLAMA

“Qarabağ” ilə Türkiyənin “Qalatasaray” klubu arasında Xankəndidə yoldaşlıq oyunu keçirilməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

“Qarabağ”ın oyunlarının Xankəndidə keçirilməsi ilə bağlı suallar tez-tez gəlir. Bir daha deyirəm, bu barədə hələlik dəqiq məlumat və göstəriş yoxdur”, - Hacıyev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə “Qarabağ” ilə Türkiyənin “Qalatasaray” klubu arasında Xankəndidə yoldaşlıq oyunu keçirəcəyi ilə bağlı xəbərlər yayılıb. Xəbərlərin yayılmasına səbəb isə Xankəndi şəhər stadionunda sürətli təmir işlərinə başlanılmasıdır./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026