• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mingəçevir su anbarında batan şəxslərin meyiti tapıldı - YENİLƏNİB

CƏMİYYƏT

04 Avqust 2023 | 22:15 | Müəllif: Subhan Mahmudov

Mingəçevir su anbarında batan şəxslərin meyiti tapıldı - YENİLƏNİB

Avqustun 4-də Mingəçevir su anbarında 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


 

20:14

Mingəçevir su anbarında 2 nəfər batıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində Mingəçevir su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026