Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla 20:38-də Kürdəmir rayonunda maqnitudası 5,2, dərinliyi 52 km olan zəlzələ qeydə alınıb. Zəlzələ Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında hiss olunub.
Bu barədə Bakıvaxtı.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
***
20:40
Azərbaycanda zəlzələ olub.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ Kürdəmir stansiyandan 14 km cənubda Kürdəmir ərazisində qeydə alınıb.
Zəlzələ yerli vaxtla 20:38-də Ağdam rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkan Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında hiss olunub.
Zəlzələ episentrdə 5 bala qədər, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
















