• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Xəzri-2023": Birgə təlimlər davam edir - VİDEO

CƏMİYYƏT

03 Oktyabr 2023 | 17:21

"Xəzri-2023": Birgə təlimlər davam edir - VİDEO

Azərbaycan və Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi davam edir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar, onların icra ardıcıllığı və digər zəruri məlumatlar verilib.

Sonra hər iki ölkənin HDQ-nin şəxsi heyəti və gəmiləri ilə müxtəlif epizodlar üzrə tapşırıqlar məşq etdirilib, həmçinin onlar arasında döyüş uzlaşması həyata keçirilib.

Qeyd edək ki, təlim məşqlərinə cəlb olunan heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.


"Xəzri-2023": Birgə təlimlər davam edir - VİDEO"Xəzri-2023": Birgə təlimlər davam edir - VİDEO"Xəzri-2023": Birgə təlimlər davam edir - VİDEO"Xəzri-2023": Birgə təlimlər davam edir - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR