• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Həkəri çayı üzərindəki körpüdə işlər yekunlaşmaqdadır

CƏMİYYƏT

03 Oktyabr 2023 | 19:00 | Müəllif: Subhan Mahmudov

Həkəri çayı üzərindəki körpüdə işlər yekunlaşmaqdadır

Həkəri çayı üzərində tikilən dəmir yolu körpüsündə işlər yekunlaşmaq üzrədir.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verib.

Məlumata görə, körpünün uzunluğu 418 metr, eni isə 6,5 metr olacaq.

Qeyd edək ki, Bu körpü Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası çəçivəsində görülən işlərin tərkib hissəsidir.

Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Xətt boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026