• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürüldü

CƏMİYYƏT

02 Noyabr 2023 | 18:11 | Müəllif: Subhan Mahmudov

Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürüldü

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, həmin şəxslərdən 2 ədəd "İj" və 1 ədəd "TOZ" markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlar üzrə Lerik RPŞ-də müvafiq araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR