Ölkənin qabaqcıl tütün məmulatları istehsalçısı olan Tabaterra QSC-də tütün məmulatlarının istehsalı və təminatı ilə bağlı hər hansı bir problem yoxdur.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə "Tabaterra QSC"-dən məlumat verilib.
"Qeyd edirik ki, ictimaiyyətdə qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və məhsullarda heç bir qiymət artımı baş verməmişdir", - deyə məlumatda qeyd olunub.
***
12:38
Hazırkı dövrdə siqaret qiymətlərinin bahalaşması gözlənilmir.
Bakıvaxtı.az xəbər verir ki, uzun müddətdir ki, topdan siqaret satışı nağdsız formada aparılır. Hazırda satışın dayanmasının səsəbi isə onlayn sistemdəki proqram yenilənməsilə əlaqədardır.
Sabahdan etibarən isə topdan siqaret satışı tam bərpa olunacaq. /Trend
***
09:42
Bir neçə gündür ki, mağazalarda siqaret qıtlığı yaşanır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə satıcılar bildirib.
Onların bildirdiyinə görə, hər bazar ertəsi günü mal gətirən firmalar bu həftə gəlib çıxmayıb.
"Firmalar məhsul vermir. Siqaretin topdansatış yerlərində isə bəzi siqaretlərin bir blokunda bir manat bahalaşma var. Firmalardan satıcılara bildiriblər ki, siqaretin qiymətləri dəyişəcəyindən müvəqqəti problem yaşanır", - deyə bildiriblər.
Qeyd edək ki, sonuncu dəfə avqust ayında markasından asılı olmayaraq bütün siqaretlər 10 qəpik, bəzi siqaretlər isə 20 qəpik bahalaşmışdı. /Trend
















