• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Azərbaycan bayrağı Xankəndində dalğalanacaq" - DEPUTAT

CƏMİYYƏT

03 Oktyabr 2023 | 17:16

"Azərbaycan bayrağı Xankəndində dalğalanacaq" - DEPUTAT

Azərbaycan Prezidentinin Administrasiyası oktyabrın 2-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin reinteqrasiyası ilə bağlı tədbirlər proqramını açıqlayıb.

Məlumatında deyilir ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlanılıb.

Sənəddə etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verildiyi bildirilir.

Reinteqrasiya proqramında deyilir ki, erməni sakinlərin yaşadıqları ərazilərdə hüquqi və idarəetmə işləri Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan bayrağı Xankəndində də dalğalanacaq.

"Hətta sonuncu antiterror tədbirlərindən öncə biz Azərbaycan dövləti olaraq qeyd etmişdik ki, Azərbaycan bayrağı altında yaşamaq istəyən, Azərbaycan Konstitusiyasına uyğun olaraq yaşamaq istəyən hər bir erməni sakini Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra mütləq şəkildə bütün digər milli azlıqlara olan münasibəti görəcəklər. Hər cür imtiyazlar, hər cür işdə istifadə etmək, digər bütün problemlərin həllində onların iştirakı olacaqdır. Yaşadığı ərazidə istər seçkilərdə iştirakı, yaxud seçib seçilmək hüququ, sahibkarlıq fəaliyyətindən tutmuş bütün imtiyazlardan mütləq şəkildə istifadə edəcəklər. Eyni zamanda idarəçilik aparatında da onların istifadəsi nəzərdə tutulub. Çünki o əhali ilə bunların işləməsi ən zəruri məsələlərdən biridir. Bu danılmazdır. Buna görə düşünürəm ki, Prezident Administrasiyasında yaydığı məlumatlar, müraciətlər də göstərir ki hər bir erməni sakininin Azərbaycan vətəndaşı olmaq hüququ var. Burada bir məqam da var, bir sıra xarici kütləvi informasiya vasitələri bu məsələdə Azərbaycanla bağlı müxtəlif suallar, problemlər irəli sürür, lakin bütün məsələlər öz həllini tapacaq və Azərbaycan bayrağı da Xankəndi üzərində dalğalanacaq", -deyə A.Nağyev bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026