• Bakı 18° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

MİQ imtahanlarında problem yarandı - proses dayandı

CƏMİYYƏT

09 Iyul 2024 | 17:50

MİQ imtahanlarında problem yarandı - proses dayandı

9 iyul tarixində təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə tarix, coğrafiya və alman dili fənləri üzrə 7 015 namizəd dəvət olunub. Ümumilikdə 83% davamiyyət qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Gəncə şəhər 18 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində şəbəkəni təmin edən optik kabelin sıradan çıxması imtahan prosesinin dayandırılmasına səbəb olub. Problem qısa müddətdə aradan qaldırıla bilmədiyi üçün test imtahanı növbəti tarixə dəyişdirilib.

İnsan Resursları Mərkəzi bəyan edib ki, sözügedən imtahan mərkəzində olan namizədlərin şəxsi səhifələrinə növbəti test imtahanı ilə bağlı müvafiq məlumat göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahan tarixi və məkanla tanış ola bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026