• Bakı 23° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Sülh prosesi dalana dirənib: Bunun başlıca günahkarı isə…

CƏMİYYƏT

08 Avqust 2024 | 16:25

Sülh prosesi dalana dirənib: Bunun başlıca günahkarı isə…

Azərbaycan-Ermənistan sülh müzakirələrində irəliləyiş yoxdur və sanki proses dayanıb.

Sərhədlərin müəyyənləşməsi istiqamətində görüşlərə fasilə verilməsi, işçi qrupun fəaliyyətsizliyi, Nikol Paşinyanın London görüşündən imtinası, Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsinə meylin görünməməsi, rəsmi Bakının təkliflərinə hələ də mükəmməl cavab verilməməsi İrəvanın sülhdən uzaqlaşdığını göstərir. Əvvəllər Azərbaycanla münasibətlərin qurulmasında daha maraqlı görünən Paşinyan hökuməti son bir-iki aydır ritorikasını dəyişib.

Rusiyalı ekspert Yevgeni Mixaylov da vurğulayıb ki, Cənubi Qafqazda vəziyyət gözlənilməz və çox təhlükəli olacaq. Onun sözlərinə görə, sülh müqaviləsi olmasa, Qərb Ermənistana silah tədarükünü artıracaq və yeni hərbi əməliyyatların baş verməsi mümkündür. Vəziyyəti gərginləşdirən məqamlardan biri də ABŞ, Fransa və Hindistan kimi ölkələrin Ermənistanı silahlandırması, "mülki məsləhətçilər" adı hərbi müşavirləri İrəvana göndərməsidir.

Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması gecikir və proses faktiki irəliləmir.

Ekspert bildirib ki, bu ilin əvvəlində proses daha sürətli gedirdi, sərhədlərin bəlli bir hissəsi razılaşdırılmışdı:

"Prosesin getdikcə dalana dirənməsi aşkar hiss olunur. Təəccüblü olsa da, bunun başlıca günahkarı Azərbaycan və Ermənistan deyil. Ermənistanda fəallığını artıran Avropa və ABŞ bir tərəfdən, regionda onlarla mövqe döyüşü aparan Rusiya digər tərəfdən sülh sazişinin mümkün qədər ləngidilməsinə çalışırlar. Bu, regiondan kənar güclərin burada maraqlarını uzlaşdıra bilməməsini göstərir. Doğrudur, rus rəsmilərindən fərqli olaraq ABŞ rəsmiləri sözdə danışıqların tezliklə sülh sazişi ilə nəticələnməsi üçün dəfələrlə çağırışlar ediblər. Sadəcə olaraq fəaliyyətdə bu prosesə mane olan addımlar atmaqla öz bəyanatlarının əleyhinə olduqlarını nümayiş etdiriblər".

Siyasi şərhçinin fikrincə, sülh əldə etmədən tərəflərdən birinə - Ermənistana hərbi yardım göstərmək, bu ölkənin Müdafiə Nazirliyinə müşavir təyin etmək aydındır ki, sülh istəkləri ilə bir araya sığmır:

"Bir sözlə, Ermənistan hökuməti özündə güc tapıb, beynəlxalq güclərin apardıqları real siyasətə baxmadan, sülh prosesini əvvəlki templə aparmalı və sürətlə başa çatdırmalıdır. Əks halda nəinki bölgədə real sülh arzu olaraq qalacaq, əksinə, regionumuz böyük maraqların toqquşduğu poliqona çevriləcək”.

Həsrət Rüstəmov:

Müsahibimiz qeyd edib ki, Azərbaycan bu prosesdə daha fəal rol oynaya bilər və oynamalıdır:

“Ermənistan və onun xalqı da başa düşməlidir ki, sülh sazişi onların yeganə xilas yoludur".

Aydın Baxış


SON XƏBƏRLƏR

30 Iyun 2025