• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

MM-in Səhiyyə komitəsi 3 dinləmə keçirəcək

SİYASƏT

17 Yanvar 2022 | 10:48 | Müəllif: Qalib İbrahimoğlu

MM-in Səhiyyə komitəsi 3 dinləmə keçirəcək

Yanvarın 19-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, komitənin iclasında 2021-ci il payız sessiyası dövründə görülən işlər barədə hesabat veriləcək.

Həmçinin Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planının layihəsi elan olunacaq.

2022-ci ili yaz sessiyası dövründə komitənin bir neçə dinləmə keçirəcəyi də nəzərdə tutulub.

Belə ki, komitə “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri” mövzusunda, optika və optikaçılıq ilə bağlı, eyni zamanda, ürək və qan dövranı çatışmazlığı xəstəliklərinə dair dinləmələr keçirəcək.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026