• Bakı 19° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Moskvaya dron hücumu

DÜNYA

06 Avqust 2023 | 14:36 | Müəllif: Subhan Mahmudov

Moskvaya dron hücumu

Paytaxt Moskvaya doğru irəliləyən dron hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin teleqramda bildirib.

“Bu gün saat 11 radələrində (Bakı vaxtı ilə 12 - red.) dronla Moskvaya keçməyə cəhd edilib. O, yaxınlaşma zamanı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - mer qeyd edib.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı yaydığı açıqlamada pilotsuz uçuş aparatının Moskva vilayətinin Podolsk rayonunda zərərsizləşdirildiyini bildirib. Olayda itki və dağıntıların olmadığı vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026