• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Aİ İrana xəbərdarlıq etdi

DÜNYA

05 Sentyabr 2023 | 13:28

Aİ İrana xəbərdarlıq etdi

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel İrana xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

J.Borel bildirib ki, təşkilat İran İsveçdə saxlanılan Aİ rəsmisini azad etməyənə qədər dayanmayacaq.

O xatırladıb ki, isveçli diplomat Yohan Floderus 500 gündən artıqdır ki, İranda əsirlikdədir: “Biz onun azadlığa buraxılması üçün qətiyyətlə çalışırıq. Biz İran hakimiyyətinin onu azad etməsinə səy göstəririk”.

Aİ nümayəndəsinin sözlərinə görə, bu mövzuda dəfələrlə diplomatik təmaslar olub.

Qeyd edək ki, Y.Floderus ötən ilin avqustunda İranda həbs olunub. O, casusluqda ittiham olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR