Türkiyənin Bodrum şəhərində sərnişin avtobusu aşıb.
Bakıvaxtı.az “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 23 nəfər yaralanıb.
Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.
Qəzaya səbəb kimi yağışlı hava gəstərilir. Yaralıların həyatı üçün təhlükə yoxdur.
















