• Bakı 22° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Kərim toyda bu səbədən DÖYÜLÜB - TƏFƏRRÜATLAR - YENİLƏNİB

ŞOU

11 Sentyabr 2024 | 11:32

Kərim toyda bu səbədən DÖYÜLÜB - TƏFƏRRÜATLAR - YENİLƏNİB

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gün Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş veribş.

Müğənni Kərim Abbasov fonaqramma ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Report"a bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.

Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma davam etdirilir.

Müğənni Kərim Abbasovun fonaqramma ifa etməsi məclis sahibinin narazılığına səbəb olduğu və bundan sonra tərəflər arasında mübahisə baş verdiyi deyilir.

***

11:07

Müğənni Kərim toyda döyülüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb. 

Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Lent.az-ın əldə etdiyi məlumata görə, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. 

Araşdırma gedir.

 


SON XƏBƏRLƏR

17 Sentyabr 2024