• Bakı 24° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Müğənni Tural Gəncəli həbs edildi

ŞOU

29 Dekabr 2024 | 23:13 | Müəllif: Subhan Mahmudov

Müğənni Tural Gəncəli həbs edildi

Müğənni Tural Gəncəli yol hərəkəti qaydalarını pozaraq bir neçə avtomobilə ziyan vurub.

Bakıvaxtı.az-ın məlumatına görə, görüntülərdə onun Prius markalı maşını bir neçə dəfə qəsdlə vuraraq, ərazidən uzaqlaşdığı, polis əməkdaşlarının tələbinə məhəl qoymadığı görünür.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, idarənin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, "Mercedes" markalı 99-MM-276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural Abdullayev tabesizlik göstərsə də, görülən tədbirlər nəticəsində saxlanılıb və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, T.Abdullayevin sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib. /lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026