• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Narkotik satan dəstə üzvləri saxlanıldı - VİDEO

CƏMİYYƏT

03 Oktyabr 2023 | 10:59

Narkotik satan dəstə üzvləri saxlanıldı - VİDEO

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan rayon sakinləri Rəvan Seyidov, Sevcan Zayumova və Humay Məmmədova saxlanılıblar.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, həmin şəxslərin üzərlərinə və yaşdıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rəvan Seyidovun barəsində həbs, daha iki qadından birinin  barəsində ev dustaqlığı, digəri barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026