• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Narkotikin təsiri altında olan sürücü həbs edildi

HADİSƏ

15 Iyun 2023 | 09:48

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Masallı şəhəri ərazisində hərəkətdə olan “Chevrolet Niva” markalı avtomobilə konstruksiya dəyişikliyi edildiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, saxlanıldıqdan sonra nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən olunan Masallı rayon sakini İlqar Həşimovun həm də narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

    Müayinənin nəticəsinə əsasən, İ.Həşimovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.
    Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib və o, 8 gün müddətində inzibati qaydada həbs edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026