Biləsuvarda azyaşlının ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili kənd sakini olan azyaşlı qızı vuraraq öldürüb.
Hazırda azyaşlının şəxsiyyəti dəqiqləşdirilir.
Qafqazinfo.az-ın məlumatına görə, dünyasını dəyişən uşağın ailəsi hadisə vaxtı qonşuluqda olan qohum evində toya hazırlaşırmış.
Faktla bağlı araşdırma aparılır.

















