• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qubada ağır yol qəzasında xəsarət alanların adları - SİYAHI - YENİLƏNİB 

HADİSƏ

13 Avqust 2023 | 14:29 | Müəllif: Subhan Mahmudov

Qubada ağır yol qəzasında xəsarət alanların adları - SİYAHI - YENİLƏNİB

Bu gün səhər saatlarında Qusardan Bakı istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusun aşması nəticəsində xəsarət alan 19 nəfərin şəxsiyyəti məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Quba rayonunun Digah kəndi ərazisində qeydə alınan qəza nəticəsində 4-ü azyaşlı olmaqla 19 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzada xəsarət alan şəxslərin adları:

Xudat şəhər sakini, 2002-ci il təvəllüdlü Pirəliyev Təhmin Cabir oğlu,

Qusar rayon sakini, 2000-ci il təvəllüdlü Babayeva Ayşən Mirbaba qızı,

Qusar rayon sakini, Vəlibəyova Validə Seydulla qızı,

Bərdə rayon sakini, 1962-ci il təvəllüdlü Məmmədova Arzu Nəsir qızı,

Qusar rayon sakini, 1998-ci il təvəllüdlü Hacıyeva Familə Hadı qızı,

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Yarəliyeva Ramella Əhmədşah qızı,

Bakı şəhər sakini Yarəliyeva Aynurə,

Bərdə rayon sakini, 1940-cı il təvəllüdlü Mamedova Şövkət Heydər qızı,

1973-cü il təvəllüdlü Hüseynova Gül Əhliman qızı,

Qaradağ rayon sakini, 1990-ci il təvəllüdlü Nərimanov Elnur Əlibaba oğlu,

Qusar rayon sakini, 1949-cu il təvəllüdlü Heybətova Zina Mmircuban qızı,

Qusar rayon sakini, 1952-ci il təvəllüdlü Babayeva Əhədulla Cansubar oğlu

Qusar rayon sakini, 1987-ci il təvəllüdlü Pirəhmədova Albina Elsevər qızı və

Qusar rayon sakini, 2002-ci il təvəllüdlü Müslümova Sabrina Carulla qızı,

Qusar rayon sakini, 1991-ci il təvəllüdlü Səlimov Fərhad Qılıc oğlu

Uşaqlar - Yarəliyeva Riana, Yarəliyev Rövşən, Yarəliyev Ramil, Yarəliyev Röyal/report

 

13:20

Quba - Qusar yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Quba Rayon Mərkəzi Xəstəxanasına (15 böyük, 4 azyaşlı) yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində qəzada xəsarət alan vətəndaşlara tibbi xidmət göstərilir. Vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirilir.

13:08

Bu gün səhər saatlarında Qusardan Quba istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu aşıb. Belə ki, Quba rayonunun Digah kəndi  ərazisində sürücü  Ravil Mahmudovun  idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az- a verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə avtobusda 22 nəfər olub. Ölən yoxdur.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

12:17

 

12:35

Qusardan Quba istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb.

Bakıvaxtı.az  xəbər verir ki, ilkin məlumata görə, hadisə Quba rayonunun Digah kəndində baş verib.

Qeyd olunub ki, qəza nəticəsində 19 nəfər yaralanıb.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026